XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2017 - 12:26

Bakıda Polşa Konstitusiyasının 224-cü ildönümünü qeyd olunub

Polşanın Azərbaycandakı səfirliyi ölkə Konstitusiyası Gününün 224-cü ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edilib.

Strateq.az xəbər verir ki, səfir Marek Tsalka çıxışında ölkələrimiz arasındakı  siyasi və iqtisadi əlaqələrə ümid etdiyini və münasibətlərin gələcəkdə də inkişaf edəcəyini bildirib.  Xatırladaq ki, Polşada 3 May Milli Bayram Günü  müasir Avropada birinci, ABŞ Konstitusiyasından sonra dünyada ikinci konstitusiya olub. Bu tarix 1919-cu ildə milli bayram kimi təsis edildikdənn sonra qeyd olunmağa başlayıb. Polşa Xalq Respublikası dövründə isə 3 May Konstitusiya Gününü qeyd etmək qadağan edilsə də, bu bayram 1990-cı ildə yenidən geri qayıdıb.

Azərbaycan xalıq adından Polşa xalqını bayram günü münasibəti ilə təbrik edən xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, 25 il ərzində ölkələrimiz arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Onun sözlərinə görə, növbəti ayda prezident İlham Əliyevin Polşaya baş tutacaq rəsmi səfəri bu əlaqələri daha da möhkəmləndirəcək.

Strateq.az