XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2017 - 11:21

Deputat Gövhər Baxşəliyeva:“Bəşər Əsəd, Səddam Hüseyn, Hüsnü Mübarək diktator olsalar da, ölkələrini irəliyə aparırdılar”

“Bəşər Əsəd, Səddam Hüseyn, Hüsnü Mübarək diktator olsalar da, ölkələrini irəliyə aparırdılar.  Böyük proqramlar, layihələr həyata keçirirdilər. Xüsusən də sosial proqramlar. Bu ölkələrdə demokratik seçkilərə imkan yaradılsa, hakimiyyətə mütləq islamçılar gələcək.

Strateq.az bildirir ki, bu sözləri modern.az saytına müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva deyib.

Deputat bunun səbəbini bu ölkələrdə dini təhsil çox güclü olması ilə izah edib: “Suriyada Bəşər Əsədin hakimiyyətdə olmağı xalqa daha xeyirlidir, nəinki İŞİD-in və yaxud digər radikal islamçıların hakimiyyəti. Mən 2010-cu ildə Dəməşqə getmişdim. Orada insanlarla söhbətim oldu və heç kim Bəşər Əsəddən narazılıq etmirdi”.

Deputatın sözlərinə görə,  biz bu ölkələrdə mənfiyə doğru dəyişikliklərin şahidi oluruq: “Mən ürəkdən arzu edirəm ki, həmin regionda sülh, stabillik bərqərar olunsun. Bəşər Əsədə qarşı o hadisələr başlayanda, Azərbaycanda ilk olaraq mən dedim ki, bu səhvdir. Suriyanı Bəşər Əsəd başqa cür idarə edə bilməz. Bu mümkün deyil. Bu xalqlar demokratiyaya hazır deyillər. Bunlarda ya möhkəm avtoritar rejim olmalıdır”.

 G. Baxşəliyeva müsəlman ölkələrində radikallıq meyllərinin artmasının səbəbinin qloballaşma ilə bağlı olduğunu bildirib: “Şərq aləmi buna hazır deyil idi. Ümumiyyətlə Şərqdə kənardan gələn insanlara, mədəniyyətə, qüvvələrə işğalçı kimi baxırlar. Və onlar işğalçı həmin ərazini tərk edənə qədər mübarizə aparırlar. Səddam Hüseynlə bağlı hadisələr başlayan zaman mən dedim ki, bu ölkəyə müdaxilə etmək olmaz. Səddam diktatordu, qəddardı, cəlladdır nədir, amma əhalinin çoxu ondan razıdır. Səddam Hüseyn də pis-yaxşı ölkəni irəli aparırdı. İndi isə ölkələri dağıtdılar. Hələ ki, hərbi hadisələrin sonu görünmür”.