XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 10:30

Ədliyyə Nazirliyi: “AXCP ilə bağlı 2 müraciət daxil olub”

axcp-loqo.jpg

 

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ətrafında yaranmış vəziyyətə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyiə AXCP qurultayı ilə bağlı 2 müraciət daxil olub və bunlar araşdırılır: “Yaxın vaxtlarda araşdırmanın nəticəsi cəmiyyətə açıqlanacaq”.

 Xatırladaq ki, Əli Kərimlinin sədri olduğu AXCP sentyabrın 27-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reysterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib. 

Ə. Kərimlinin sabiq müavini olan Razi Nurullayev isə əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini öz ətrafında birləşməyə çağırıb. O, oktyabrın 18-də bu təşkilatın qurultayını keçirib və Ədliyyə Nazirliyinə müraciət edib.