“Siyasi qərarlar da qəbul edilməlidir”
ABŞ dövlət katibi Con Kerri bildirib ki, İranın nüvə proqramı üzrə hələ bir sıra məsələlər həll olunmayıb.
Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, o deyib: “İynun 30-na qədər yekun nüvə sazişi əldə etmək üçün hələ xeyli iş qalıb. Söhbət texniki məsələlərdən gedir və hələ siyasi qərarlar da qəbul edilməlidir”.
Kerri həll edilməsi vacib olan məsələlər sırasında İranın Fordodakı yeraltı obyektini və sanksiyaların götürülməsi üzrə tədbirləri qeyd edib.
Əvvələr məlumat verilib ki, “altılıq” və İran çərşənbə axşamı nüvə sazişi üzrə əsas bəndlərdə razılıq əldə edib.