XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2017 - 11:00

Sülhəddin Əkbər kitab yazdı:“Dövlət siyasətinin əsasları”nda nələr var?

Azad Demokratlar Partiyasının sədri, Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər 3 ildir üzərində çalışdığı kitabı, nəhayət, tamamlayıb.

Strateq.az xəbər verir ki, “Dövlət siyasətinin əsasları” adlanan kitab əsasən siyasi, diplomatik, hərbi və güvənlik akademiyalarının tələbələri üçün nəzərdə tutulub.

Sülhəddin Əkbər mediaya açıqlamasında bildirib ki, kitabı yazmaqda əsas məqsədi gənclərimizi intellektual cəsarət göstərməyə təşviq etmək və onları Azərbaycanda milli siyasi məktəbin əsasını qoymağa həvəsləndirməkdir: “Çünki müstəqilliyini tarixi baxımdan yeni bərpa etmiş bir millət və dövlət olaraq buna ciddi ehtiyacımız var”.

Xatırladaq ki, kitab “Dövlət siyasətinin əsasları: milli maraqlar və milli təhlükəsizlik”, “Milli təhlükəsizlik və milli maraqlar”, “Azərbaycan Respublikasının milli maraqları”, “Azərbaycan Respublikasına yönəlik təhlükələr”, “Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi”, “Azərbaycan Respublikasının milli siyasəti” və “Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və perspektivləri” sərlövhəli 7 xüsusi bölmədən ibarətdir və hər bir bölmədə də mövzunu tam şəkildə oxucuya açan, geniş informasiya və istiqamətlər verən çoxsaylı materiallar yer alıb.

Sülhəddin Əkbər onu da bildirib ki, kitabı tamamlasa da, hələlik kütləvi çapı üçün hər hansı nəşriyyata müraciət etməyib.

Strateq.az aşağıda kitabın mündəricatını təqdim edir:

 

I. Dövlət siyasətinin əsasları: milli maraqlar və milli təhlükəsizlik

Dövlət siyasətinin əsasları

Azərbaycan Respublikasının başlıca siyasi məqsədi, milli maraqları və milli təhlükəsizliyi

Azərbaycan Respublikasının strateji gücü

Mövcud qlobal və regional şərait, onların başlıca inkişaf meylləri

Azərbaycan Respublikasının daxili və xarici təhlükəsizlik mühiti

 

II. Milli təhlükəsizlik və milli maraqlar

Milli təhlükəsizlik və  milli maraqlar

AR-in milli maraqları, milli maraqlar sistemi və milli təhlükəsizlik paradiqması

Milli maraqların kəskinliyi və onların qiymətləndirilməsi kriteriyaları 

 

III. Azərbaycan Respublikasının milli maraqları

Azərbaycan Respublikasının milli təhlükəsizliyində milli maraqların yeri və rolu

Azərbaycan Respublikasının milli maraqları

 

IV. Azərbaycan Respublikasına yönəlik təhlükələr

Azərbaycan Respublikasına yönəlik təhlükələr. Təhlükə və onun səviyyələri

Azərbaycan Respublikasına yönəlik əsas təhlükələr və onların analizi

Azərbaycan Respublikasına yönəlik əsas təhlükələrin qiymətləndirilməsi

 

V. Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi

Milli təhlükəsizlik durumunun qiymətləndirilməsi

Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun əsasən qiymətləndirilməsi

 

VI. Azərbaycan Respublikasının milli siyasəti

Azərbaycan Respublikasının dövlət siyasəti                  

Azərbaycan Respublikasının milli inkişaf siyasəti

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti

Azərbaycan Respublikasının xarici siyasəti

 

VII. Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və perspektivləri

Azərbaycan Respublikasının tarixi inkişaf perspektiv(lər)inə təsir edən amillər

Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və təbii tarixi inkişaf perspektivi

Azərbaycan Respublikasının tarixi inkişaf alqoritmi

Azərbaycan Respublikasının perspektiv tarixi inkişafında milli təhlükəsizlik mühitinin rolu

və əhəmiyyəti 

Azərbaycan Respublikasının təbii tarixi inkişaf perspektivinə yönəlik başlıca aktual təhdidlər

Azərbaycan Respublikasının natamam təbii tarixi inkişaf perspektivləri

Azərbaycan Respublikasının alternativ tarixi inkişaf perspektivləri

Azərbaycan Respublikasının perspektiv tarixi inkişaf yolunun seçilməsi

Nəticə

Azərbaycan Respublikasının perspektiv inkişaf siyasətinin strateji planlaşdırılması

Əlavələr