XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2017 - 10:25

Dağlıq Qarabağ münaqişəsinin Vaşinqton müzakirələri –Minsk qrupunun amerikalı həmsədri məruzə edəcək

 

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin iştirakı ilə Vaşinqtonda müzakirə ediləcək.

Strateq.az xəbər verir ki, mayın 10-da Vaşinqtonda təşkil olunacaq tədbirin təşkilatçıları Atlantik Şurası (Atlantic Council), habelə Mərkəzi Asiya və Qafqaz İnstitutudur.

"Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq siyasəti" adlı müzakirələrdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland münaqişənin cari durumuna dair öz baxışını açıqlayacaq.

R.Hoqlandla bərabər, tədbirə bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni kitabın nəşrində iştirak etmiş Svante Kornella (Mərkəzi Asiya, Qafqaz və İpək Yolu Proqramının direktoru), Stiven Blank (ABŞ-ın Xarici Siyasəti üzrə Şura) və Brenda Şaffer (Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Tədqiqatları Mərkəzi, Qlobal Energetika Mərkəzi) qatılacaq.

Moderatorluğu "Dinu Patrisiu Avrasiya" Mərkəzinin direktoru səfir Con Herst edəcək.