XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2015 - 12:12

DSK İqbal Ağazadənin müraciətinə baxmaqdan imtina edib

 

iqbal-agazade.jpg

35 saylı Xətai üçüncü dairə seçki komissiyası (DSK) noyabrın 6-da deputatlığa namizəd, ümid Partiyasının lideri İqbal Ağazadənin müraciətini təmin etməyib.

Bu barədə Turan-a ümid Partiyasının MSK-dakı səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə bildirib.

İ.Ağazadə 33 məntərənin 26-dan öz qələbəsi ilə bağlı protokolların surətini təqdim etsə də DSK “sənədləri seçki günündə təqdim etmək lazım idi” bəhanəsilə şikayəti təmin etməyib. Lakin Ə.Ağazadənin sözlərinə görə, həm qanun baxımından bu arqument tutarlı deyil, həm də praktik cəhətdən mümkün deyil. O, diqqəti ona yönəldib ki, 35-ci dairə üzrə səsvermənin ilkin nəticələri ən sonda – seçkilər başa çatdıqdan bir sutka sonra elan edilib.

ümid Partiyası DSK-nın qərarından MSK-ya şikayət edəcək.

Bundan əvvəl partiya üç məntəqədə seçkilərin nəticələrinin ləğvi ilə bağlı MSK-ya şikayət verib. Rəsmi məlumata görə, həmin məntəqələrdə çox böyük seçici fəallığı olub. Belə ki, 26-cı məntəqədə səsvermədə guya 1330 seçicidən 1315 nəfəri, yəni 99 faizdən çoxu iştirak edib.

MSK-nın məlumatına görə, 18-ci məntəqədə cəmi 110 nəfər seçkilərə gəlməyib. “ümid Partiyası orduda, həbsxanada, xarici ölkədə olması səbəbindən və vəfat etdiyindən  175 nəfərin seçki günündə dairədə olmaması barədə məlumatı (ünvan göstərilməklə) təqdim edib.  Bu təkzibedilməz məlumatlar saxtalaşdırmanın olduğunu bildirir. Yəni, gəlməyənlərin sayı 175 nəfərdən az olmamalıydı. ümumiyyətlə, prezident seçkilərində həmin dairədə 36 səs toplayan Araz Əlizadənin hazırda 8,5 min səs toplaması qəribədir, həm də nəzərə alsaq ki, o zaman namizədlər televiziya ilə çıxış edirdilər, bu dəfə bu da yoxdur” deyə, – Ə.Ağazadə bildirib.

MSK şikayəti DSK-ya göndərib və üç məntəqə üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə müraciətə noyabrın 7-də DSK-da baxılacaq.

MSK-nın məlumatına görə, həmin dairədə A.Əlizadə 8626, İ. Ağazadə 6710 səs toplayıb. ümid Partiyası səslərin təkrar sayılması üçün DSK-ya müraciət edib. MSK-ya da şikayət veriləcək.