XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 07:31

Qriqoryanın Bakıdan etdiyi müraciət Ermənistan ordusunda total repressiyalara rəvac verə bilər

üzeyir Cəfərov: «Qriqoryanın atasının həbs edilərək polisə aparılması və atılan bir sıra digər addımlar ermənilərin ciddi narahatlığından xəbər verir»

Xatırladaq ki, erməni silahlı bölmələrinin 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçusu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də, saat 13:50 radələrində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək, könüllü olaraq ordumuza təslim olub. O, Ermənistan ordusundakı hərc-mərclikdən, aclıqdan bezdiyini qeyd edib: «Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var». Əsir erməni hərbçisinin bu çağırışından sonra Ermənistan öz hərbi hissələrində repressiv tədbirlərə əl ata bilərmiğ
Hərbi ekspert üzeyir Cəfərov «Bakı-Xəbər»ə açıqlamasında bildirdi ki, artıq belə repressiyalara start verilib: «Məndə olan məlumata görə, artıq bir neçə hərbçi də cəzalandırılıb. Qriqoryanın atasının həbs edilərək polisə aparılması və atılan bir sıra digər addımlar ermənilərin ciddi narahatlığından xəbər verir. Xüsusilə də onlar ön xəttə duranlarla bağlı narahatdırlar ki, hər an silahı qoyub biz tərəfə keçə bilərlər. Belə bir məlumat var ki, Qriqoryan Azərbaycana keçəndə ona bu şəraiti əsgər yoldaşları yaradıb. Bu, Ermənistanın siyasi və hərbi rəhbərliyini ciddi narahat edir. Ermənistan Müdafiə Nazirliyinin keçirdiyi təcili toplantıda qondarma rejimin müdafiə naziri də iştirak edirdi. Əvvəllər ermənilər deyirdi ki, bizim qondarma rejimə heç bir aidiyyətimiz yoxdur. Görün nə qədər təşvişə düşüblər ki, artıq belə nüanslara da önəm vermirlər. Nümayiş etdirilən həmin kadrlar Ermənistanı ifşa etmək üçün gözəl şans yaradır. Yəqin ki, repressiyalar daha şiddətli forma alacaq».