XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2017 - 19:50

“Kreml ermənilərin Rusiyadakı təxribatçı əməllərini dayandırmalıdır” –Politoloq

"Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşməsnin və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirmək niyyətilə Moskvaya səfərinin məqsədi bəllidir". 

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, rəsmi xəbərlərdə Polad Bülbüloğlunun Karasinlə görüşü "iki ölkə arasında əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparıldı”, Əli Hüseynlinin səfəri isə "qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq” kimi xarakterizə olunub: "Ancaq, məncə, görüşlərin səbəbi Rusiyanın Azərbaycan siyasətinə aydınlıq gətirməkdir. Son günlərdə Moskvada və Sankt-Peterbuqrda ermənlərlə azərbaycanlılar arasında toqquşmalar qeydə alınıb. Aydındır ki, Kreml Azərbaycanla Ermənistan arasındakı münaqişənin Rusiya ərazisinə daşınmasını istəmir. Ancaq bunun üçün gərək Kreml ermənilərin Rusiya ərazisindəki təxribatçı əməllərinə son versin, əks halda, erməni separatçılarının Rusiyada dalğalandırdığı "bayrağa” azərbaycanlıların seyrçi qalması mümkün deyil".