XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 May 2017 - 14:36

Kanada şirkətinin direktoru Ziya Məmmədova görə istefa verdi

Kanadanın qlobal miqyasda fəaliyyət göstərən “Bombardier” şirkətinin icraçı direktoru Pyer Boduen şirkətin son vaxtlar üzləşdiyi korrupsiya qalmaqallarına görə vəzifəsindən istefa verib.

Bu haqda “The New York Times” qəzetində yazılıb.

Məlumata görə, davamlı uğursuzluqlardan sonra Kanada hökumətinin maliyyə dəstəyinə ehtiyacı yaranan, təyyarələr, qatarlar və vaqonlar, eləcə də dəmiryol avadanlıqları istehsal edən şirkətin problemləri yaranıb.

Hazırda Monreal küçələrində şirkətə qarşı etiraz aksiyaları keçirilir. Şirkətin əsas investorları tənqidlərin çoxalmasına cavab olaraq şirkətin icraçı direktorunu istefaya göndərib.

Şirkətin əsasını qoyan Cozef-Armand Bombardyenin nəvəsi olan Pyer Boduen bəyan edib ki, icraçı director vəzifəsindən istefa verir və Direktorlar Şurasının sədri postunda qalır. Lakin bundan sonra şirkətin idarə edilməsinə dair hər hansı funksiya daşımayacaq və tam işləməyəcək, yəni hərdənbir şirkətə baş çəkəcək.

Bundan əvvəl “Bombardier” şirkəti Kanada hökumətinin maliyyə dəstəyini alandan sonra menecerlərinin maaşını qaldırıb və 14 min iş yerini ixtisar edib. Nəticədə kütləvi etirazlar başlayıb.

Şirkət üçün ən böyük başağrısı onun istehsal etdiyi “CSeries” təyyarəsi ilə bağlı yaranıb. İndiyədək “Bombardier” əsasən özəl jetlər və kiçik turbovintli təyyarələr istehsal edirdi, biznesi bu sahədə pis getmirdi. Daha sonra şirkət aztutumlu “CSeries” təyyarəsinin istehsalına başlayaraq Airbus və Boeing kimi nəhənglərlə rəqabətə girib. Bu təyyarə pis alınmayıb, ancaq layihəyə planlaşdırıldığından 2 milyard dollar çox sərf olunub və təyyarə bazara iki il gecikmə ilə çıxıb. Habelə “Boeing” şirkəti ittiham edib ki, “Bombardier” Kanadanın Kvebek pensiya fondundan aldığı 1.5 milyard dolların hesabına dempinq tətbiq edib və təyyarəni bazara ucuz çıxarıb.

Şirkətin dəmiryol bölməsi də ciddi qalmaqallarla üzləşib. Bu yaxınlarda “Bombardier”in İsveçdəki törəmə şirkətinin üç rəhbər işçisi Azərbaycan məmurları ilə korrupsiya sövdələşməsinə görə həbs olunub. Məlum olub ki, şirkət Azərbaycanla 2013-cü ildə bağlanan müqaviləyə əsasən Azərbaycan Dəmir Yollarına (o zaman Nəqliyyat Nazirliyinin tərkibində, nazir Ziya Məmmədovun nəzarətində olan struktur idi, dəmir yollarına isə Arif Əsgərov başçılıq edirdi-red.) Bakı-Böyük Kəsik yolu üçün siqnalizasiya avadanlıqları satıb. 300 milyon dollarlıq müqavilədən on milyonlarla dollar “otkat” şəklində Azərbaycan məmurlarına ötürülüb.

“The New York Times” onu da yazır ki, “Bombardier”in Avstraliya törəmə şirkətində də problemlər yaranıb. Məlum olub ki, şirkətin istehsal etdiyi dəmir yol vaqonlarının tormoz sistemlərində və digər yerlərində nasazlıq var. Və bütün bu qalmaqallar investorları şirkətin rəhbərliyində dəyişiklik etməyə məcbur edib (virtualaz.org).