XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2017 - 17:28

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin növbəti görüşüBatumidə keçiriləcək

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin növbəti görüşü mayın üçüncü ongünlüyündə Batumidə keçiriləcək.

Görüşün sonunda əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə dair memorandum imzalanacaq.

Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi, o cümlədən kadr hazırlığı, birgə hərbi təlimlərin təşkili məsələləri müzakirə olunacaq, müasir dövrdə silahlanma, regionda və dünyada təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.

Görüşün sonunda hərbi əməkdaşlığın daha da genişləndirilməsinə dair birgə memorandum imzalanacaq. Bu sənəd həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığın genişlənməsində və möhkəmlənməsində mühüm rol oynayacaq(azərtac).