XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2017 - 19:14

Azərbaycan-İsrail diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş tədbir keçiriləcək- Tel-Əvivdə

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov mayın 14-də İsrailin paytaxtı Tel-Əviv şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, millət vəkili İsrail Knessetində keçiriləcək Azərbaycan-İsrail diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Toplantıda ikitərəfli əlaqələrin bu günü və əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

Səfər mayın 16-da başa çatacaq.