10 milyon əhalisi olan Əhvaz bölgəsi 1925-ci ildən İranın nəzarəti altındadır
İranın Əhvaz bölgəsində rejimə qarşı başladılan aksiyalar yenidən vüsət alıb. Əhvazdakı müxaliflərin lideri Saleh Əbu Şərif ərəb ölkələrinə müraciət edib. Müraciətdə Əhvaz bölgəsi əhalisinin ərəb olduğu bildirilərək, ərəb ölkələrindən İran rejiminə qarşı yardım istənilib. Saleh Əbu Şərif həmçinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasını dəstəklədiklərini də ifadə edib.
Qeyd edək ki, bir neçə gün öncə, İranda keçirilən aksiyalar silahlı qarşıdurmaya çevrilmişdi. Hər şey ötən həftə oynanan matç sonrası İran İnqilab Mühafizəçiləri əsgərlərinin yeniyetmə Yasir Eşlibaşini öldürməsindən sonra başladı. İran İnqilab Mühafizəçiləri cənazə mərasimində İran rejimi əleyhinə şüar səslənəndən sonra mərasimə atəş açdı. Bu hadisələr sonra silahlı müqavimətə başlayan əhvazlılar İran inqilab qvardiyasına məxsus 7 avtomobili məhv edib.
Xatırladaq ki, 10 milyon əhaliyə malik Əhvaz bölgəsi 1925-ci ildən bəri İranın nəzarəti altındadır. Əhvaz bölgəsinin əhalisi ərəbdir. (avropa.info)