XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 08:31

Siyavuş Novruzov icazəsiz seçikyə qatılmış YAP-çıları hədələdi

siyavush-1.jpg

 

Milli Məclisə seçkilərin yekun rəsmi nəticələri elan olunduqdan sonra Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti rəhbərlikdən icazəsiz namizədliyini irəli sürmüş üzvlərlə bağlı qərar qəbul edəcək.

Bunu açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov deyib. (APA) O bildirib ki, seçki öncəsi bir neçə nəfəri çıxmaq şərtilə, partiyanın qərarı olmadan namizədliyini irəli sürən əksər YAP üzvləri öz namizədliklərini geri götürüblər: “Onlar YAP-ın qərarı ilə irəli sürülən namizədlərə alternativ yaradırdılar. Söhbət apardıqdan sonra onların əksəriyyəti namizədliyini geri götürdü. Bir neçə nəfər isə namizədliyini davam etdirdi. Mərkəzi Seçki Komissiyası seçilmiş deputatların mandatlarını təsdiq etdikdən və Konstitusiya Məhkəməsində bu məsələ təsdiqləndikdən sonra YAP İdarə Heyəti seçkinin nəticələrinə həsr olunmuş toplantı keçirəcək və bu şəxslər barədə də qərar veriləcək”.