XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2017 - 19:51

“Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edildi –Prezident təsdiqlədi

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib.

Strateq.az xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi dəyişikliyə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar belə qərar verilib:

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 387, № 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 11, maddə 683; 2002, № 8, maddə 463; 2004, № 2, maddə 57, № 5, maddə 321, № 8, maddə 598; 2005, № 4, maddə 278, № 6, maddə 464; 2006, № 3, maddə 225; 2007, № 11, maddələr 1049, 1053; 2010, № 4, maddə 276; 2012, № 5, maddə 414; 2014, № 11, maddə 1332; 2015, № 4, maddə 366) 8-ci maddəsinin üçüncü hissəsində “milli təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,” sözləri ilə əvəz edilsin.