XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2017 - 14:05

Məhkəmədən Yunuslarla bağlıqərar

Bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barələrində çıxarılmış məhkəmə hökmündən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Leyla və Arif Yunusun vəkili Elçin Sadıqov tərəfindən vəsatət qaldırılıb.

Vəkil təqsirləndirilən şəxslərin ölkədən çıxışına Ali Məhkəmənin icazə verdiyini və bu səbəbdən də məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsinin mümkün olduğunu bildirib.

Məhkəmə vəsatəti rədd edib və təqsirləndirilən şəxslərin məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, ötən il dekabrın 27-də Ali Məhkəmədə L.Yunus və A.Yunusun işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 9 dekabr 2015-ci il tarixli qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında baxılması qərara alınıb. L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həmçinin, məhkəmə onların əmlakının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi haqqında qərar verib. Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə A.Yunus barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabrın 9-da isə L.Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan L.Yunus və A.Yunus kasasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər. Bu il aprel ayında L.Yunus və A.Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər.