XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

11 Noyabr 2015 - 15:54

7 partiya yaratdıqları seçki blokunu “dondurdu” – Toplantı

Bu gün “Azadlıq- 2015” siyasi partiyalar  seçki  bloku səlahiyyətli nümayəndələrinin və bloka daxil olan siyasi partiya sədrlərinin iclası keçirilib. 

Strateq.az xəbər verir ki, səlahiyyətli nümayəndələrin  iclası qanunvericiliyə müvafiq olaraq “Azadlıq – 2015” siyasi partiyalar seçki blokunun fəaliyyətinə xitam verib. 

“Azadlıq – 2015” seçki blokuna daxil olan siyasi partiya sədrlərinin toplantısında siyasi partiyaların yetkili orqanlarında başqa qərar qəbul edilənə qədər KXCP, BAP, VİP, Azadlıq, Aydınlar, ALDP və AXP- nin eyni adlı siyasi partiyalar bloku şəklində əməkdaşlıqlarını davam etdirmək haqqında razılığa gəliblər.