XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

18 May 2017 - 15:11

Norveç səfiri:“Statoil” şirkəti  Azərbaycana 6,5 milyon dollar investisiya yatırıb”

Norveçin Azərbaycandakı səfirliyi ölkə Konstitusiyası Günü və Azərbaycan-Norveç diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibəti ilə rəsmi qəbul təşkil edib.

Çıxışını ingilis, daha sonra Azərbaycan dilində davam edən səfir Baard İvar Svendsen qeyd edib ki, bu il həm də ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının və Norveçin ən böyük neft şirkəti olan “Statoil”un Azərbaycandakı fəaliyyətinin 25 illiyi qeyd olunur. Norveçin, həm də Azərbaycanın mühüm qlobal enerji təminatçıları olduğunu deyən diplomat “Statoil”un ötən illər ərzində ölkəmizə 6,5 milyon dollar investisiya yatırdığını xatırladıb.

Ölkələrimiz arasındakı münasibətlərə toxunan B.İ.Svendsen bildirib ki, Norveç Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

Azərbaycan hökuməti adından Norveç xalqını bayram münasibəti ilə təbrik edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, son 25 ildə ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir: “Münasibətlərimizin inkişafı xalqlarımızın mənafelərinə xidmət edir. Norveçli dünya şöhrətli alim-səyyah Tur Heyerdalın Azərbaycana səfərlər edib, araşdırmalar aparıb. Azərbaycanla Norveç arasında hüquqi baza yaradılıb, yüksək səviyyəli səfərlər həyata keçirilib” deyən nazir deyib ki,  Azərbaycan  bütün ölkələrlə əlaqələrin inkişafında maraqlıdır, bu ölkələr arasında Norveç xüsusi əhəmiyyət daşıyır.

 L.SƏMLA

Strateq.az