XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 Mart 2015 - 10:53

Ermənilər dinc durmur

Onlar Kaliforniya Universitetini Türkiyədəki yatırımlarından geri çəkilməyə çağırdı

“Erməni soyqırımı”nın tanınması üçün ABŞ və digər dövlətlərə siyasi təzyiqlər edən erməni diasporu indi də Türkiyəyə iqtisadi təzyiq “rıçaqları”nı işə salıb.

Strateq.az-ın Türkiyə mətbuatına isnadən verdiyi xəbərə görə, DivestTurkey, yəni “Türkiyədən yatırımlarınızı çəkin” adlı kampaniyaya başlayan erməni diasporu bu ölkədəki xarici kapitalın geri çəkilməsini tələb edir.

Erməni Gəncliyi Federasiyası (Armenian Youth Federation) tərəfindən həyata keçirilən “Türkiyədən çıxın” kampaniyası xüsusilə milyardlarla dollarlıq fondu olan universitetləri hədəfə götürüb. Diasporanın güclü olduğu Kaliforniya ştatı kampanıyada fəallıqlığıyla seçilir.

ABŞ-ın ən məşhur təhsil müəssisələrindən Kaliforniya Universitetinə təzyiq göstərən diaspora 18 fevralda bu təhsil ocağında konfrans keçirib. Universitet Tələbələri Senatı adlı qurum Türkiyədə olan 74 milyon dollarlıq yatırımdan imtina üçün bir araya gəlib. Yekdilliklə qəbul olunan qətnaməyə görə, universitet Türkiyəyə yatırdığı investisiya və fondlarını geri çəkməlidir. Erməni Tələbələr Birliyinin (Armenian Student Association) prezidenti Sarin Həbəşyan “Bu tarixi qərar yalnız Kaliforniyanın deyil, bütün erməni xalqının uğurudur” deyib.

Xatırladaq ki, bu ali təhsil ocağının Türkiyəyə yatırdığı investisiyanın ümumi məbləği 74 milyon dollardır.

Fərzuq Seyidbəyli