XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2017 - 18:13

Mariya Zaxarova:“Qarabağla bağlı  hələlik anons ediləcək heç nə yoxdur”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi təmas xəttində atəşkəsin pozulmasını qınayır”.

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 O qeyd edib ki, Moskva tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırır. “O ki qaldı münaqişənin nizamlanması ilə bağlı görüşlərə, hələlik anons ediləcək heç nə yoxdur. Məlumat olan kimi bildirəcəyik”, – deyə M. Zaxarova vurğulayıb.