XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2017 - 09:54

Minsk Qrupu cəbhədəki gərginliklə bağlı bəyanat verdi:“Bu atəşkəs rejiminin pozulmasına əhəmiyyətli təsir edir”

ATƏT-in Minsk qrupunun həmsədrləri son günlərdə cəhbə xəttində atəşkəsin pozulmasına  görə tərəfləri gərginliyin artmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.

"Bir neçə etibarlı mənbələrdən toplanmış məlumata görə, mayın 15-də Azərbaycanın Silahlı Qüvvələri təmas xətti boyunca hərbi texnikanı hədəf alaraq raket zərbəsi endirib. 16 may axşamı və 17 mayda Ermənistan Silahlı Qüvvələri müxtəlif çaplı minaatan atəşi ilə cavab veriblər. Hər iki tərəfdən belə hərəkətlər atəşkəs rejiminin pozulmasına əhəmiyyətli təsir edir və həyəcan doğurur", – deyə həmsədrlər – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) bildirib.

"Son zərbələrin hədəfləri, eləcə də davamlı insan tələfatı və xəsarətlər barədə ziddiyyətli məlumatlar mövcuddur", – deyən həmsədrlər əlavə araşdırma aparacaqlarını da bəyan edib.