XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2017 - 13:09

İslam Oyunlarında iştirak edən 300 nəfər iranlı idmançı prezident seçkisində səs verib –FOTOLAR

Azərbaycanda yaşayan və hazırda ölkəmizdə olan İran vətəndaşları İran prezidenti seçkilərində fəal səs verirlər.

Bunu Trend-ə İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə deyib.

Səfirin sözlərinə görə, seçkilərin nəticəsindən asılı olmayaraq, bu, Azərbaycan-İran münasibətlərinə müsbət təsir edəcək.

İran vətəndaşları ilə yanaşı, hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 300 nəfərə yaxın iranlı idmançı da səsvermədə iştirak edir.

İran prezidentliyinə hazırkı dövlət başçısı Həsən Ruhani, Mustafa Ağa Mirsalim, İbrahim Rəisi və Mustafa Haşimi Taba namizədliyini irəli sürüb.