XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 May 2017 - 17:47

Deputat:“ÜAK-ın ləğvi Rusiyada sabitliyin pozulmasına doğru yönələn bir addımdır”

Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə verdiyi qərar siyasi məqsəd güdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycana qarşı təzyiq vasitələrindən biridir.

Deputat hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvi həm də Rusiya vətəndaşlarına edilən laqeyd münasibətdir: “Bu, həm də dövlətlərarası münasibətlərə xələl gətirən məsələdir. ÜAK-ın ləğvi nəticəsində Rusiya ilə Azəbaycan arasındakı münasibətlərin tamamilə başa çatması nəticəsinə gəlmək düzgün deyil. ÜAK yaranana qədər də Azərbaycan-Rusiya münasibətləri olub, bundan sonra da olacaq. Bu, siyasi müstəvidə atılmış addımdır. Azərbaycana qarşı təzyiq yoludur”.

F.İbrahimli hesab edir ki, ÜAK-ın ləğvi həm də Rusiyanın daxilində sabitliyin pozulmasına doğru yönələn bir addımdır.

Deputatın fikrincə, əslində, Rusiya tərəfi bu məsələ haqqında daha çox düşünməldir: “Rusiyadakı 2 milyona yaxın azərbaycanlıların marağına zidd olaraq atılan addımlar bu vətəndaşları bu dövlətdən narazı salır. Dövlətin öz vətəndaşlarına belə münasibət göstərməsi təbii ki, ziyanlı addımdır”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.