Çeçenistan rəhbəri Ramzan Kadırovun Azərbaycan prezidenti İlham Əliyevin kürəkəni Səməd Qurbanovla görüşü olub.
Strateq.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Kadırov öz Instagram səhifəsində yazıb.
Kadırovun qeydində bu fikirlər yer alıb: “Əziz dostlar! Aydın Qurbanov adına Fondun sədri Səməd Qurbanov bizim qonağımız olub. Söhbət zamanı o, mənim qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. Biz Çeçenistan və Azərbaycan arasında dostluq münasibətlərinin bundan sonra da qorunmasına dair razılıq əldə etdik”.