XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2017 - 13:43

Parisdə AŞPA-nın komitəiclası keçiriləcək

Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının mədəniyyət, elm, təhsil və media məsələləri komitəsinin iclasında iştirak etmək üçün mayın 21-dən 25-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, toplantıda milli adət və ənənələrin qorunması, mədəni irsin məhv edilməsi və qeyri-qanuni dövriyyəsi ilə mübarizə, beynəlxalq idman tədbirlərinin əhəmiyyəti, azsaylı xalqların ana dillərinin qorunması və bir sıra digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Deputatımız iclasda müzakirə olunacaq məsələlərə münasibət bildirəcək.