Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Palatası “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sakit Zahidovun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb.
Məhkəmə ona qarşı Avropa İnsan Haqları Konvensiyasının istintaqın ədalətli aparılmasını əks etdirən 6-cı maddəsinin pozulmasını təsdiqləyib. (APA)
AİHM həmçinin 9 min avro dəyərində mənəvi və 3, 048 avro dəyərində digər xərclər üçün təzminatla bağlı qərar çıxarıb.
Qeyd edək ki, S. Zahidov hazırda Belçikada yaşayır.