“Rusiyada avtoritar rejimdən diktaruraya keçid baş verib”
Müxalif Vladimir Rıjkov Boris Nemtsovun qətlinin təhqiqatı və Rusiyadakı siyasu durumla bağlı qənaətlərini xarici mətbuatla bölüşüb. Strateq.az İnosmi.ru-ya isnadən bildirir ki, o deyib: “Mən təhqiqatın gedişatından narazıyam, çünki bayıra informasiyanın yalnız cüzi bir qismi sızır və hamısı elə təqdm edilir ki, sanki bu qətlin sifarişçiləri olmayıb”. Rıjkov Nemtsovun elektron yazışması və onun İnternet nəşrlərinin linqvistik ekspertizası barədə deyib: “Belə bir yoxlamaya qarşı etiraz yoxdur. Lakin onun və dostlarının nüfuzdan salınmasına yol vermək olmaz. Təəssüf ki, burada ikibaşlı oyunun aparılması istisna deyil… Nə qədər ki sifarişçinin adı çəkilməyib, hamımız – jurnalistlər də, hüquq müdafiəçiləri də təhlükə altındayıq. Anna Politkovskaya, Nataliya Estemirova və Qalina Starovoytovanın qətllərini kimin sifariş etdiyi indiyədək məlum deyil”.
“Siz növbəti qurban olmaqdan qorxursunuz?” – deyə jurnalist Rıjkovdan soruşub. Siyasətçi cavab verib: “Bəli, təhlükə böyükdür. Məni izləyirlər. Bu yaxınlarda restoranda idim, yaxınlıqda bir avtomobil dayanmışdı. Sonra həmincə maşın evimin yanında peyda oldu. Hələ qonşu masanın arxasında iki kişi gördüm. Onlar ancaq çay içirdilər. Məxfi əməkdaşların klassik üsulu… Bu yaxınlarda Altayda iki avtomobil bütün günü qorxmadan məni izləyirdi“.
Rıjkovu sözlərinə görə, əvvəllər onu “ancaq böyük etiraz aksiyalarından əvvəl izləyərdilər”.
Rıjkov hesab edir ki, “Rusiyada avtoritar rejimdən diktaturaya keçid baş verib. Tanışlarımın əksəriyyəti mühacirət edib, ya da getməyə hazırlaşır… 1917-ci il Oktyabr inqlabından sonrakı kimi. Stalin ixtisaslaşmış mütəxəssislərin nə qədər önəmli olduğunu anlayanda sərhədlərin bağlanmasına göstəriş verdi… Hər bir mühacirn öz taleyi var… Bax, bu yenidir: Rusiyada yaşamaq təhlükəli olub”.