XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 15:37

Lukaşenko: “Ukrayna Krımı müdafiə etmək üçün heç nə etmədi”

“Mən hər cür ilhaqın tam əleyhinəyəm”

стоп-кадр видео

Belorusiya prezidenti Lukaşenko Krımda ötən ilki hadisələri qiymətləndirərkən xarici nəşrə deyib: “Mən hər cür ilhaqın tam əleyhinəyəm”.

Strateq.az Belorusya KİV-nə əsasən bildirir ki, Lukaşenko qeyd edib: “Mən bir tarixçi kimi tarixdən çoxlu ilhaqlara bələdəm. Dövlətin bu və ya digər ərazisini əlindən almağa heç kimin haqqı yoxdur. Lakin mən heç vaxt radikal mövqe tutmamışam. Digər tərəfdən, Krımın onların ərazisi olduğunu deyən Ukrayna rəhbərliyini qınadım. Siz Ukrayna prezidentisiniz. Sizin çox önəmli əraziyə təcavüz edilib. Siz nə edirsiniz? Siz bu ərazini müdafiə edirsiniz. Ukrayna, onun hökuməti bu ərazini müdafiə etməkdən ötrü heç nə etmədi. Onlar baş tutmuş faktla razılaşdılar”.

Lukaşenko əvvəllər bildirmişdi ki, Rusiyanın Ukraynadakı münaqişə tərəflərini silahla təchiz etməsi ehtimalını mümkün hesab edir.