XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 May 2017 - 14:41

Avropa Parlamenti:Azərbaycan Avropa ilə müsəlman dünyası arasında körpü ola bilər

“Biz dünyəvi müsəlman ölkəsi kimi din azadlığının təmin olunmasında və mədəniyyətlərarası dialoqda Azərbaycanın rolunu yüksək qiymətləndiririk və coğrafi baxımdan Azərbaycanın əhəmiyyətini yaxşı anlayırıq”.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli Məclisdə jurnalistlərə deyib.

O qeyd edib ki, Azərbaycan Avropa, müsəlman dünyası və Asiya arasında bir körpü rolunu oynaya bilər:

“Ona görə də Azərbaycanla əməkdaşlığı və eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatlara dəstəyi dərinləşdirməliyik”.