XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 Noyabr 2015 - 06:28

“Rusiya-İran ittifaqı güclənəcək, Türkiyə ilə Qərbin müqaviməti zəifləyəcək – Türk politoloqdan ilginc açıqlama

“önümüzdəki həftələrdə Suriyada İran və Rusiya əməkdaşlığı daha da güclənəcək”.

Bu sözləri Beynəlxalq sülh naminə Karnegi Fondunun rəsmisi, türk politoloq Bayram Balcı İranın Rusiyadan S-300 raketləri alması fonunda Suriyada möhkəmlənməsi haqda danışarkən deyib:

“Əvvəlcə bunu qeyd etmək lazımdır ki, bu raketlərin alışı Suriya məsələsində Rusiya və İranın oxşar fikir və mövqelərə sahib olduqlarını göstərir. Hər iki tərəf Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətdə qalmasını istəyir. Daha dəqiq desək, hər iki tərəf Qərblə rəqabət apara bilmək üçün Suriyadan istifadə edir.

önümüzdəki həftələrdə Suriyada İran və Rusiya əməkdaşlığı daha da güclənəcək. Bundan sonra Türkiyənin, Qərbin və ya Ərəb Əmirliklərinin bu yeni gücə müqavimət göstərmələri çətinləşəcək. İran və Rusiya bütün dünyaya göstərmək istəyir ki, biz olmasaq, dünyanın heç bir problemini həll edə bilməzsiniz”(Axar.az).