XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2017 - 17:02

Rasim Musabəyov:“Gəlib boş- boş bəyanat verməkdənsə, işlə məşğul olmaq lazımdır”

“Əgər kimsə gözləyirsə ki, Azərbaycan heç bir nəticə verməyən danışıqları aparıb və işğalın əbədiləşdirlməsi ilə razılaşacaq, bu heç vaxt olmayacaq. Kimin xoşuna gəlir gəlsin, gəlmir gəlməsin”.

Strateq.az bildirir ki, bu sözləri deputat, politoloq Rasim Musabəyov Minsk Qrupu həmsədrlərinin bəyanatını “1news.az”-a şərh edərkən deyib.

Onun sözlərinə görə, işğal davam etdikcə və danışıqlar aparılmadığı halda, gərginlik artacaq:

“ATƏT-in Minsk qrupunun həmsədrlərinə Azərbaycan dedi ki, gedin öz işinizlə məşğul olun. Onların işi danışıqları hansısa nəticəyə gətirməkdir. Gəlib indi boş- boş bəyanat verməkdənsə, işlə məşğul olmaq lazımdır”.

Politoloq hesab edir ki, hərbi əməliyyatlar aktiv şəkildə bərpa olunarsa, hansısa dövlət buna müdaxilə edə bilməz: “Təbii  ki, Azərbaycan erməniləri himayə edən dövlətlərin müəyyən təzyiqləri ilə üzləşə bilər. BMT Təhlükəsilik Şurası yığışıb hansısa bir qərar ola bilər. Ancaq hərbi müdaxilə qeyri- mümkündür”.

R.Musabəyov Qarabağ danışıqlarının bərpasını, intensivləşməsini deməkdə çətinlik çəkir. Onun sözlərinə görə, Rusiya erməniləri ağıla gətirmək üçün ciddi səy göstərmədiyi halda,  heç bir nəticıə olmayacaq: “Ancaq məsələnin başqa tərəfi də var ki, biz hər zaman hazır olmalıyıq. Çünki cəbhə xəttində daim gərginlik olacaq. Bu gərginlik ola bilsin ki, hansısa mərhələdə artacaq, aşağı düşəcək, amma nə ermənilər orda sakit otura biləcək, nə kommunikasiyalar açılacaq. Gərginlik, daimi müharibəyə çevrilmək ehtimalı gündəliydə olacaq. Kimisə qane edirsə, bu seçimi edə bilər. Ancaq hesab etmirəm ki, bundan kimsə qazanc götürsün”.