XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2017 - 18:54

Ərəb ölkələri üzrə azərbaycanlı ekspert:“Tramp İran qarşısında məsələni  kəskin qoydu”

“Yüz on milyardlıq hərbi əməkdaşlıq Amerika hərbi sənayəsinə böyük canlanma gətirə bilər. Eyni zamanda böhran vəziyyətində ekstremizlə mübarizədə əməliyyatların aparıması yükü bölgə daxili qüvvələrin üzərinə düşməlidir”.

Strateq.az bildirir ki, bu sözləri AMEA Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov ABŞ prezidenti Trampın Səudiyyə Ərəbistanına səfərini “Amerikanın səsi”nə şərh edərkən bildirib.

F.Əsədov  Trampın müsəlman dünyasını terrorizmə qarşı mübarizədə birliyə çağırışını  biznes yönümlü və düşünülmüş siyasət təəssüratı bağışladığını deyib. Onun sözlərinə görə, İranın qarşısında məsələ kəskin qoyulur.

“Yaxın Şərq siyasətində prioritetləri dəyişmək, istiqamət götürdüyü ittifaqlar və tərəfdaşlıqlara yenidən baxmaq. Əks halda onun rəqibləri olan qüvvələrə ABŞ dəstək verməyə hazır olduğunu bilidir. Bu xüsusilə İranda seçkilərlə üst üst düşdüyü üçün kəskin bir bildirişdir. Acıq hərbi qarşıdurma az ehtimal edilir. İran bu mesajlara münasib və ehtiyatlı siyasi addımlar atmış olsa ABŞ Yaxın Şərq siyasətində mühüm iştirakçı qismidə dəvət oluna bilir. Bu eyni zamanda Yaxın Şərqdə tərazlaşdırılmış siyasi-hərbi durumun yaranmasına zəmin yarada bilir” -deyə Əsədov vurğulayıb.

Bu münasibətlərin Azərbaycan təsirlərinə gəldikdə isə şərqşünas F.Əsədov deyir ki, sülhsevər qonşuluq siyasəti Azərbaycan üçün hər halda hər şeydən üstündür: “Azərbaycan bölgənin problemləri həllində aktiv və təşəbbüskar tərəfdaş olmağa çalışmalıdır. Yaxın Şərqdə ABŞ siyasəti sosial gərginlik və məyüsluq hissi yaradacaqsa, radikallıq əhvalların dərəcəsi arta bilir, ekstremizmə əlavə zəmin yarana bilir. Sosial hüquqların müdafiəsi, islahatlarda vətəndaş iştirakçılığının artırılması inkişaf etdirilməlidir. Bu dövlət strukturlarının effektiliyini təmin edir və cəmiyyətinin hər səviyyəsində sabitliyə istəyini və çalışmalarını artırır”.