XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 16:49

Yunanıstan Moskvadan yardım istәmәyәcәk

Rusiya Macarıstan vә Yunanıstandan dәstәk alacağına ümid edir

Rusiya prezidenti Vladimir Putin vә Yunanıstanın baş naziri Aleksis Sipras gәlәn hәftә baş tutacaq görüşdә iqtisadi әlaqәlәr vә Avropa Birliyinin Moskvaya qarşı tәtbiq etdiyi sanksiyalar barәdә müzakirәlәr aparmağı planlaşdırırlar.

Strateq.az “Reuters”-ə isnadən bildirir ki, Rusiya Avropa Birliyinin Ukraynadakı münaqişəyə görә Moskvaya tәtbiq etdiyi sanksiyaların qaldırılmasını istәyir vә Aİ-yә üzv bәzi dövlәtlәrdәn, xüsusilә dә Macarıstan vә Yunanıstandan dәstәk alacağına ümid edir.

Kremlin mәtbuat katibi Dmitri Peskov bildirib ki, rәsmi Moskvanın danışıqlardan әvvәl iqtisadi çәtinliklә üzlәşәn Yunanıstana maliyyә yardımının mümkünlüyü barәdә danışmaq hәlә çox tezdir.

Yunanıstanın solçu hökumәti Moskvadan yardım istәmәyәcәyini bildirib.

Putin vә Sipras aprelin 8-də Moskvada görüşәcәklәr. Bu görüş Siprasın yanvar ayında baş tutan seçkilәrdәki qәlәbәsindәn sonra Rusiya paytaxtına birinci səfəri olacaq.

Elay