XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2017 - 15:06

Azərbaycan-Şimali Kipr Dostluq CəmiyyətiRusiya Federal Məclisinə müraciət edib

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federal Məclisinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, müraciətdə bildirilir ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələr üzə uzun tarixə malik yaxın əlaqələr mövcuddur. Bu əlaqələr təkcə iqtisadi maraqlara deyil, həm də mənəvi və mədəni bağlara əsaslanır. Lakin bu münasibətləri qəbul etməyən qüvvələr – ermənilər daim xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına mane olmağa çalışıblar.

“Ölkələrimiz arasındakı qarşılıqlı dostluq münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəlib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus icmasının hüquqlarının, mədəni irsinin, rus dilinin, təşkilatlarının müdafiəsi üçün çox vacib addımlar atıb. Azərbaycanın ən böyük diaspor təşkilatının qeydiyyatının ləğvi multikultural və çoxmillətli Rusiya cəmiyyətinin xarakterinə ziddir. Bu təşkilatda təmsil olunan azərbaycanlılar Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu təşkilat həm də sizin təşkilatınızdır”, – deyə bəyanatda vurğulanır.

Bəyanatda daha sonra deyilir ki, ÜAK ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb və onun qeydiyyatının ləğvi iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərə bilər. Şimali Kiprdəki Azərbaycan diasporu ümid edir ki, iki xalqın dostluq və qardaşlıq münasibətlərinə kölgə sala biləcək bu qərara yenidən baxılacaq və ədalətli addım atılacaq.