XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2017 - 17:12

İsrailli solçu yazardan Trampın səfərinə kinayəli qeydlər:"Baş nazir yumruq atsaydı, heç kim onu ittiham etməzdi"

Yossi Verter

"Haaretz" 
 

Bazar ertəsi günü İsrail özünəxas əyalət utancaqlığı ilə ABŞ prezidenti Donald Trampı qarşıladı.

Ben-Gurion Beynəlxalq Hava Limanında qəbulun sonunda hətta ABŞ prezidenti kimi qaba, vulqar və ədəb-ərkan bilməyən adam əsl dövlət adamı, bəlkə də kral təəssüratı yaradırdı.

Onun qarşılanma zamanı başına gələnlərdən mülayim şok keçirməsinə şübhə yoxudu.

"Air Force One"nin (Prezident təyyarəsitərc.) yerə enməsindən sonra hava limanında baş verənləri "əyalət məclisi" adlandırmaq həddindən artıq yumşaq ifadə olardı. Yox, o, qonşuluqdakı toy məclisi deyil, əsl bazar idi.

Bu, prezident cütlüyünü qarşılayan baş nazirin xanımı Sara Netanyahunun zingiltili monoloqu ilə başladı. Ər-arvad Tramp kimi, o Netanyahu ailəsini də medianın sevmədiyini, lakin insanlar tərəfindən sevildiyini bəyan etdi. Sonra dedi ki, o və Donaldın media ilə eyni səbəblər ucbatından kəskin əlaqələri var. "Amma biz bu barədə yeməkdə ətraflı danışarıq", – deyə Sara Netanyahu baxışlarını Melaniya Trampa zillədi.

Melaniya onun qarşısında hərəkətsiz, yerində donmuş halda dayanıb susurdu.

Nəhayət, Sara: "Sizə Koteldə (Qüdsdəki Ağlama divarının yəhudi adıtərc.) xoş vaxt keçirməyi diləyirəm!" – dedi. Bu sözlərlə o, cütlüyü yola saldı.

"Xoş vaxt"?

Ağlama divarında?

Filosof Yeşayahu Leybovitz o məkandakı ayini "daşlara ibadət" adlandırıb.

Bundan sonra, Tramp "A seriyası"ndakı hər kəslə əl verib salamlaşmaq məcburiyyətində qaldı.

Təyyarənin enməsinə təxminən bir saat əvvəl prezident mərasimin bu hissəsində iştirak etməkdən imtina etmişdi. ABŞ səfirliyinin əməkdaşları, yəqin ki, bu mərasimin nə ilə nəticələnəcəyi barədə prezidenti xəbərdar etmişdi. Amma indi, bu salamlaşmadan sonra Trampın bədənini yara basıb.

Əvvəlcə o, İvrit təqvimi ilə bu həftə azad olunmasının 50-ci ildönümünü qeyd edən Yerusəlimi İsrailin paytaxtı kimi tanımağı tələb edən təhsil naziri Naftali Bennett ilə görüşdü. Sonra ictimai təhlükəsizlik naziri Gilad Erdan saxta xəbərlər dozası ilə üzləşməni davam etdirdi…

Lakin Trampın görəcəkləri hələ qabaqda idi. Sanki realiti-şoudakı kimi, baş nazir Benyamin Netanyahunun "hökumətin ilk dəruzi (kiçik etnik-məzhəbi icma üzvütərc.) üzvü", -deyə təqdim etdiyi nazir Əyub Kara cılğın şəkildə Trampın boynuna sarıldı. "Mən səni sevirəm!" – deyə qonağın əlindən tutdu. Kara onu baş nazirə dəstək verməyə və Səudiyyə Ərəbistanı ilə işləri yeni istiqamətdə aparmağa çağırdı.

Tramp hələ özünə gəlməmiş "Likud" koalisiyasının sədri Oren Hazan ilə qarşılaşdı. Mərasimin təşkilatçıları baş verə biləcək hər hansı bir (sui-qəsd və s.) ehtimalını, yəni ən pis şeyin adını çəkmiş olsaydı, şübhəsiz, deyərdilər: "Trampın Oren Hazan ilə üz-üzə gəlməsi".

Qarabasmalar adətən, çin olmur; onlar təhtəlşüurun dərinliklərində qalır. Amma söz Hazandan düşəndə, kabus "selfie"yə və qlobal hadisəyə çevrilir. Knessetin tarixində bir nömrəli pis oğlan nə cürsə mühüm şəxslər siyahısına dürtülə və özünü azad dünyanın lideri cildinə salmağı bacardı.

Netanyahu onu kənara çəkməyə çalışdı, lakin heç bir nəticə olmadı. Əgər o, həmin an Hazana yumruq atsaydı, heç kəs onu ittiham etməzdi.

Prezident cütlüyü səfərin ilk gününü baş nazirin evində nahar etməklə başa çatdırdı. Yerusəlimin Balfur küçəsindəki geniş və zərif ikimərtəbəli evdə onları gözləyən qəribə qəbul zamanı buranın Ağ Ev və ya Mar-a-Laqo olmamasından xəcalətli Sara Netanyahu tez-tez "təvazökar ev" ifadəsini işlədirdi. Əri də ona replika atdı: "Sizin sayənizdə biz divarları boyaya bildik"…

 

Tərcümə: Strateq.az