XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2017 - 01:11

AXCP sədrinin daha bir müavini saxlanıldı –Gürcüstanla sərhəddə

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də axşam saatlarında Qazax rayonu ərazisindəki gömrük-keçid məntəqəsində saxlanılıb.

Strateq.az xəbər verir ki, bu haqda məlumatı AXCP sədri Əli Kərimli özünün facebook səhifəsində yayıb.

Əli Kərimli bildirib ki, saxlanması barədə Gözəl Bayramlının özü onu zəng edərək məlumatlandırıb. Gözəl Bayramlı sədrinə deyib ki, çantasına ona məxsus olmayan nəsə qoyublar və onu saxlayıblar.

Əli Kərimlinin yazdığına görə, Gözəl Bayramlı xeyli müddətiymiş, Gürcüstanda müalicə olunurmuş və saxlanma da onun ölkəyə qayıdışı zamanı həyata keçirilib.

Hələlik rəsmi qurumlardan hər hansı biri Gözəl Bayramlının salxlanması ilə bağlı açıqlama verməyiblər.