XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 May 2017 - 11:29

Minsk Qrupunun Rusiyalı həmsədri Sərksiyanı təkzib etdi:“Danışıqlar prosesinin əsası yaxşı məlumdur”

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə irəliləyiş baş vermədi. İrəliləyişi heç kəs gözləmirdi də. Vacib olan odur ki, tərəflər uzun fasilədən sonra yenidən görüşə, problemli məsələlərlə bağlı fikir mübadiləsi apara, bir-birilərinin mövqelərini dəqiqləşdirə bildilər.

Strateq.az bildirir ki, bu sözləri ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popovun APA-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Minsk Qrupu qısa müddətdə regiona səfər etmək niyyətindədir:

“Azərbaycan və Ermənistan rəhbərliyinin reaksiyalarını aydınlaşdırmaq, perspektivdə olan işlərin planını müzakirə etmək niyyətindəyik. Bu planlara tərəflərin bundan sonrakı təmasları və eləcə də qarşıda duran bir sıra məsələlər daxildir”.

 Popov Laçının işğalının 25-ci ildönümü günü həmsədrlərin verdiyi və narazılıq doğurmuş birrgə bəyanatına da toxunub.

Rusiyalı həmsədrin sözlərinə görə, qoşunların təmas xəttində bu il mayın 15-17-də vəziyyətin Atəşkəs rejiminin ciddi pozulması həmsdərlərdə  narahatlıq yaradıbmış: “Bu bəyanatın əsas məqsədi tərəfləri münaqişə zonasında eskalasiyanın qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsinə çağırmaq idi. Analoji mövzuda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi də çıxış edib”.

Ermənistan prezidentinin parlamentdə çıxışı zamanı yenilənmiş Madrid prinsiplərini inkar etməsi barədə çıxışnı şərh edən Popov vurğulayıb ki, danışıqlar prosesinin əsası yaxşı məlumdur və bu barədə həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında qeyd olunub. Burada söhbət BMT Nizamnaməsinin əsas prinsiplərindən, Helsinki Yekun Aktından – güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyin etməsi, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsi, ərazilərin, qaçqınların geri qaytarılması, Dağlıq Qarabağla Ermənistan arasında dəhliz və sülhməramlı əməliyyatdan gedir: “Ümumilikdə tərəflər bu əsası inkar etmirlər, lakin onun komponentlərinin həyata keçirilməsi ardıcıllığını fərqli görürlər. Vasitəçilər balanslaşdırılmış həllin tapılması üçün tərəflərə yardımla bağlı nəzərdə tutulmuş variantlar təklif edirlər”.