XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

27 May 2017 - 13:19

Milli Məclisin nümayəndə heyətiLatviyaya gedir

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti mayın 28-dən 30-dək Latviyada səfərdə olacaq.

Trend-in məlumatına görə, nümayəndə heyətinin tərkibinə deputatlar Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı nümayəndə heyətinin üzvləri Latviya Seymində olacaq, ölkə parlamentinin fəaliyyəti, qanunvericilik yaradıcılığı və deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olacaqlar.

Seymin binasında Milli Məclisin sədri O.Əsədov Latviya Seyminin spikeri xanım İnara Murniyetse ilə görüşüb, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivi barədə geniş fikir mübadiləsi aparacaq. Söhbətdə parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının əhəmiyyəti və deputatlann qarşılıqlı səfərlərinin təcrübə mübadiləsi baxımından önəmi barədə danışıqlar aparılacaq.

Səfər çərçivəsində parlamentin spikeri O.Əsədovun Latviya Prezidenti, ölkənin Baş naziri, xarici işlər və iqtisadiyyat nazirləri ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, siyasi, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi və regional münaqişələrin həlli barədə danışılacaq.

Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Azərbaycanin milli bayramı – 28 May Respublika Gününə həsr edilmiş tədbirdə iştirak edəcək.