XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

16 Noyabr 2015 - 06:58

Baş konsul Amerika Yəhudi Komitəsinin fəalları görüşüb, sualları cavablandırıb
 

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Amerika Yəhudi Komitəsinin fəalları qarşısında çıxış edib.

Konsulluqdan Strateq.az-a daxil olan məlumata görə, Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles bölməsinin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev sözügedən Komitənin fəalları qarşısında çıxış edib.

Baş konsul Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu inkişaf yolundan bəhs edərək, zəngin neft və qaz ehtiyatlarından səmərəli istifadə nəticəsində ölkəmizin bölgədə ən güclü dövlətə çevrildiyini qeyd edib. N.Ağayev Azərbaycanın çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələrinə toxunaraq, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın tolerantlıq və sabitlik adasına çevrildiyini, müxtəlif xalqların və dinlərin ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını bildirib.

Diplomat Los Ancelesin Sinay Sinaqoqunun 50-dək üzvünün bu yaxınlarda Azərbaycana etdikləri uğurlu səfərdən bəhs edərək, bu kimi səfərlərin ABŞ ilə Azərbaycan, xüsusilə hər iki ölkənin yəhudi icmaları arasında əlaqələrin gücləndirilməsi baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan baş konsul, ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin salındığını bildirərək, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə Ermənistanın hələ də məhəl qoymadığını vurğulayıb.

İsrail-Azərbaycan münasibətləri barədə danışan N.Ağayev, bu gün iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar, eləcə də enerji sahəsində sıx əlaqələrin olduğunu söyləyib.

Sonda N.Ağayev qonaqların müxtəlif səpkili suallarını cavablandırıb.

Tədbirdə, həmçinin, Amerika Yəhudi Komitəsinin beynəlxalq məsələlər üzrə direktoru Ceyson Aysakson (Jason Isaacson) da çıxış edib.