XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

29 May 2017 - 03:44

VİP növbəti qurultayını keçirdi –Yenidən sədr seçilən Əli Əliyev müxalifəti birgə mübarizəyə səslədi

Mayın 28-dı Beynəlxalq Mətbuat Mərkəzində Vətəndaş və İnkişaf Partiyasının (VİP) növbəti qurultayı keçirilib.

Strateq.az xəbər verir ki, partiyanın IV qurultayında VİP sədri Əli Əliyev hesabat məruzəsiylə çıxış edib, həmçinin ölkədəki ictimai-siyasi vəziyyətə dair fikirlərini bildirib.

Qurultaya ölkənin ictimai-siyasi sektorunda fəallığı ilə seçilən xeyli sayda qonaq da qatılıb və onların bir neçəsi çıxış edərək, partiyanın bu ali orqanının işinə uğurlar arzulayıblar.

205 qurultay nümayəndəsindən 164-nün iştirak etdiyi ali tədbirdə hazırki sədr Əli Əliyev yenidən Vətəndaş və İnkişaf Partiyasının növbəti 4 il üçün sədri seçilib, həmçinin partiyanın Ali Məclisinin və Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibi müəyyənləşib.

Əli Əliyev qurultayda partiyasının qarşıdakı mərhələ üçün atacağı addımlar barədə də fikirlərini açıqlayıb. O, hakimiyyətin ölkədə dözülməz şərait yaratdığını vurğulayaraq, onu kəskin tənqid edib və müxalifət partiyalarını birgə mübarizəyə səsləyib: “Müxalifət birləşməli, birgə mübarizə aparmalı, təşkilatlanmalıdır. Növbəti prezident seçkilərində vahid mövqedən çıxış etməliyik. Müxalifət daxilindəki çəkişmələrə son qoyulmalıdır. Vətəndaş və İnkişaf Partiyası müxalifətin birliyi üçün güzəştə getməyə hazırdır".

Əli Əliyev partiyasının 2018-ci il seçkilərində öz namizədi ilə çıxış edib-etməyəcəyinin də məhz müxalifətin birgə mübarizəyə nə dərəcədə hazır olub-olmamasından asılı olduğunu vurğulayıb.