XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2017 - 12:32

“Huffington Post”dan Ağ Evdə çevrilişə dair proqnoz:"Pens Trampla müqayisədə daha məqbuldur"

Robert Kutner

"Huffington Post"

 

Prezident Trampın 25-ci düzəlişlə vəzifəsindən kənarlaşdırılması – impiçment məsələsinin gündəmə çıxarılmasından söz düşərkən, həssas adamlar deyir ki, "amma onda da Pens prezident olacaq, respublikaçılar isə yenidən qruplaşmaq və güclərini bərpa etmək üçün vaxt qazanacaqlar".

Bəli, lakin məsələni dərindən düşünmək lazımdır.

Başlanğıc üçün, Donald Tramp Amerika demokratiyası və planet üçün unikal təhlükədir. Onu ofisindən çıxarmaq – əsas prioritet, nə qədər tez bir o qədər yaxşı olmalıdır.

İkincisi, sırf partizan təbirilə, Trampın Penslə əvəz edilməsi respublikaçılar üçün arzuolunan seçənək deyil. Pens – əsla Tramp deyil. Ona Trampın cazibədar harizması gərəkdir, bir də əcaib dahiliyi, zərər çəkmiş və unudulmuş seçicilərin qəlblərini ovsunlaya bilən çempion obrazı, – bunlar Pensdə yoxdur.

Pens kifayət qədər sıradan bir dindar-mühafizəkar respublikaçıdır. O, yenidən seçilmək cəhdində məğlubiyyətə uğrayan İndiana ştatının çox yöndəmsiz qubernatoru idi. Əslində, o, siyasətdə qalmaq istəyirdi, başqa seçənəyi ola-ola, Trampın şərikinə çevrlməyə belə hazır bir neçə respublikaçı siyasətçilərdən biriydi.

Ən əsası, Tramp ofisini tərk etmək məcburiyyətyində qalarsa, Respublikaçılar Partiyasının sıralarından çıxmayacaq. Ağ-millətçi nüvə Trampı sancmaqdan özünü saxlaya bilməyəcək. Demokratlar qürurla irəlilədikləri zaman, respublikaçıların 2018-ci ildə "qoşunlarını toplası" xeyli vaxt aparacaq.

Beləliklə, bəli, bütün bəndlər üzrə Pens Trampla müqayisədə daha məqbuldur.

Niksonun varisi Cerri Ford – çox gözəl və populyar siyasətçi 1976-cı ildə az tanınan yerfındığı yetişdirən fermer Cimmi Karterə qalib gəlib, yenidən seçilə bilmədi.

Fordun Niksonu əfvetmə qərarı hekayətin yalnız bir hissəsi idi (Pensin də Trampı əfv etməsi güclü təzyiq altında olacaq). Respublikaçıların rüsvayçılığından və Niksonun istefasından sonra 1976-cı ilin seçkilərində demokratlar at belində idi.

İndi, Senat əksəriyyətinin lideri Mitç MakKonnell və Nümayəndələr Palatası spikeri Pol Rayan baxımından, Pens hələ də Trampdan üstün ola bilər. Çünki Tramp hər gün daha çox utanc verir. Tramp Ağ Evdə qalarsa, respublikaçıların 2018-ci ilə dair proqnozları daha bədbin ola bilər. Lakin böyük uğuru indidən görən demokratların da Trampı vəzifəsində saxlamaq istəyi üçün heç bir səbəb yoxdur.

Ah, hələ bir fəsad var. Pens nəyi bilirdi və ya nə vaxt bildi?

Cerald Forddan fərqli olaraq, Pens əliəyri, çirkaba bulaşmış ola bilər.

Trampın keçid komandasının rəhbəri kimi, Pens, Maykl Flinn haqqında çox şey bilirdi və ona daha çox şey məlum ola bilər. Pens, Trampın digər ciddi addımlarına (məsələn, FBI (FTB) direktorunun istefaya göndərilməsi) cavabdeh olmasa da, Flinnə görə və ya ofisindən şəxsi mənfəət qazanmaq suçu ilə xüsusi müşavir Robert Möller tərəfindən istintaqa cəlb edilə bilər.

Hazırda eyni zamanda prezident və vitse-prezidentin vəzifəsindən kənarlaşdırılması həqiqətən qəribə görünər və qanunən çətin olardı…

Odur ki, biz Pensin qara işlərə kifayət qədər bulaşmadığına, gözükölgəli olmadığına ümid etməliyik…