XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 Mart 2015 - 11:16

Kerri-Lavrov görüşü nəyi dəyişəcək? – ŞƏRH

Bu gün Cenevrədə BMT İnsan Haqları Şurasının 28-ci sessiyası çərçivəsində Birləşmiş Ştatlar və Rusiya xarici siyasət idarələrinin rəhbərləri bir araya gələcək. ABŞ dövlət katibi ilə Rusiya xarici işlər naziri Lavrovun görüşünün sonu nə ilə nəticələnə bilər?

Amerika Ukrayna məsələsində Rusiyaya güzəştə gedəcəkmi? Yoxsa bu görüşlər Minsk müqaviləsinin imzalanması üçün sadəcə protokol görüşləridir? İndi bütün dünya politoloq və siyasi araşdırma mərkəzləri bu sualların üzərində baş sındırmağa çalışırlar.

Politoloq Araz Əlizadə Hafta.az–a açıqlamasında bildirib ki, Kerri-Lavrov görüşünün dünya gündəmini dəyişəcək heç bir məntiqi sonucu olmayacaq:

“Amerika öz bildiyini, Rusiya da öz mövqeyini diktə etməyə çalışacaq. İki dövlət arasındakı fəsadlar o qədər güclüdür ki, xarici işlər nazirlərinin görüşü ilə həll edilən məsələlər deyil. Onlar bundan sonra Minsk müqaviləsi ətrafında işləməyə səy göstərəcəklər. Amerika bundan yayınmağa çalışır. Ancaq vəziyyət indi dəyişib. Avropa özündə cəsarət tapıb ABŞ-ın diktəsindən kənara çıxdı. Hətta Merkel də Amerikaya səfərə gedib, Obama ilə bu məsələni razılaşdırmışdı. Amma bütün bunlarla yanaşı, Ukrayna məsələsində Qərb və Rusiya ABŞ-ın əlindən bu təşəbbüsü almağa nail oldu. Artıq real söz sahibi Avropa ilə Rusiyadır. Avropa ilə Rusiyanı bir–birindən ayırmaq Amerikaya nəsib olmadı”.

Xatırladaq ki, ABŞ departamentinin rəsmisi Cen Psaki Kerri ilə Lavrovun görüşəcəyini açıqlayıb. Departament rəsmisi bildirib ki, dövlət katibi martın 2-də Cenevrədə BMT İnsan Haqları Şurasının 28-ci sessiyasında çıxış edəcək. O, həmçinin Ukraynadakı vəziyyəti və regional məsələləri müzakirə etmək üçün Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşəcəyini vurğulayıb.