XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

17 Noyabr 2015 - 08:29

ADP-dən iqtidara növbəti çağırış: “Leyla Yunusu buraxın!”

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

Partiyadan Strateq.az-a daxil olan məlumata görə, toplantı iştirakçıları ilk növbədə Parisdə çoxsaylı dinc sakinin həlak olması ilə nəticələnən qanlı terror aktını bir daha qətiyyətlə piləyib və terroru həlak olan insanların doğmalarının timsalında Fransa xalqına dərin hüznlə baş sağlığı ünvanlayııb:

“Terrorun dini, vətəni, irqi olmadığına diqqət çəkən partiya yetkililəri Parisdə törədilən bu qanlı hadisənin təkcə Fransa dövlətinə qarşı deyil, bütövlükdə insanlığa qarşı yönəldiyini bildirib və hər hansı ölkədə baş verməsindən asılı olmayaraq bütün dövlətlərin terrora qarşı mübarizədə yekdillik nümayiş etdirməsinin vacibliyini qeyd edib. Qeyd edilib ki, insan hüquq və azadlıqlarının pozulmasına adekvat reaksiya verilmədikcə, korrupsiya və rüşvətxorluq beynəlxalq səviyyədə cinayət hadisəsi kimi dəyərləndirilmədikcə və antidemokratik rejimlərin müdafiəsindən imtina edilmədikcə dünyanı təhdid altında saxlayan terror bəlasından qurtarmaq mümkün olmayacaq. Açıq və gizli şəkildə terroru dəstəkləyən, terror təşkilatlarının qanlı əməllərinə göz yuman, susqunluq nümayiş etdirən bir sıra dövlətlər qərinələrlə Azərbaycanı erməni terrorizmi, qardaş Türkiyəni PKK terrorçuları ilə üz-üzə qoyduqlarının fərqində olmalı və bu gün sərhədləri aşıb həmin dövlətlərin ərazisində yuva salan terrorizmin məhz terroru qidalandıran dövlətlərin susqunluğundan qaynaqlandığını unutmamalıdırlar”.

İdarə Heyəti G-20 dövlətləri iştirakçısı olan dövlətlərin Antaliyada keçirilən sammitinə ölkə başçısı İ.Əliyevin dəvət alması faktını  qardaş ölkənin Azərbaycanın dünya siyasətinin diqqət mərkəzinə gətirilməsi, milli problemlərimizin dünya səviyyəsində qaldırılmasına cəhdi və Türkiyənin qardaşlıq jesti kimi dəyərləndirib:

“İdarə Heyəti MTN olayları ilə bağlı adı çəkilən strukturda bir çox yüksək rütbəli məmurların cinayət əməllərinin üstünün açılması və bu cinayətlərin dairəsinin getdikcə genişlənməsi faktına münasibət bildirib. İdarə Heyəti istər MTN-də, istərsə də digər nazirliklərdə baş verən mütəşəkkil cinayətlərin, rüşvətxorluq və korrupsiya faktlarının arxasında həmin strukturlarda çalışan məmurların fəaliyyətinin ictimai nəzarətdən yayınması, idarəçilikdə şəffaflığın təmin edilməməsi və ən başlıcası hakimiyyətin digər qolları üzərində ictimai nəzarət funksiyasını yerinə yetirməli olan parlamentin rolunun heçə endirilməsi faktlarının durduğunu bildirib və ölkədə xalq etimadına layiq parlament formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb”.

İdarə Heyəti A.Yunusun azadlığa buraxılmasını müsbət dəyərləndirib və hakimiyyəti onun  muxtəlif dərəcəli xəstəliklərdən əziyyət çəkən yoldaşı L.Yunusu və siyasi motivlərlə həbs edilən digər məhbusları azad etməyə, insan hüquq və azadlıqları istiqamətində üzərinə götürdüyü digər beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.