XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

01 İyun 2017 - 01:34

Əfqan Muxtarlı olayına Gürcüstan prezidenti də qarışdı:"Məsələ araşdırılacaq"

“Bir insanın yoxa çıxması dövlətçiliyimiz və suverenliyimiz üçün ciddi təhlükədir”.

Contact.az  saytı Tbilisidəki IPN agentliyinə istinadən məlumat yayıb ki, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanlı jurnalist Əfqan Muxtarlının həbsinə münasibət bildirərkən deyib.

Saytın məlumatına görə, Gürcüstan prezidenti bildirib: “Bu iş üzrə vəkilin bəyanatı bir neçə səbəbdən çox ağırdır. İlk növbədə, biz jurnalistlərin və insan hüquqlarının müdafiəsi məsələlərində Gürcüstanın regionun lideri olmasından qürur duyuruq. Bu, dövlətçiliyimizin və suverenliyimizin mühüm parçasıdır”.

Prezident söz verib ki, bu məsələ ətraflı araşdırılacaq və təhlil ediləcək.