XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2015 - 21:15

D18 Hərəkatı AXCP ilə bağlı bəyanat yaydı: “Biz Əli Kərimlini tanıyırıq”

d-18.jpg

D18 Hərəkatı Ədliyyə Nazirliyinin AXCP haqda verdiyi ilkin qərar haqda etiraz bəyanatı yayıb.

Strateq.az xəbər verir ki, hərəkatın bəyanatında Ədliyyə Nazirliyinin bu addımı “hakimiyyətin AXCP-ni susdurmaq üçün son həmlə” kimi qiymətləndirilib: “Hakimiyyət demokratiyanın, söz azadlığının, siyasi institutların səsini boğmaq üçün nə lazımdırsa, edir. Şərqin ilk demokratik cümhuriyyətini quran Azərbaycan 100 ildən sonra, görün, hansı hala gətirildi: biz siyasi məhbuslara görə liderliyi ələ keçirən, söz azadlığını boğan, fərqli fikrə və alternativ düşüncəyə qarşı ən kəskin formada repressiv siyasət yürüdən bir ölkəyə çevrilmişik. Artıq daxili və xarici auditoriyada nüfuzun itirən YAP iqtidarı indi də AXCP-ni susdurmaq üçün son həmləsin edir. AXCP adına qurduğu tamaşada baş rolun və əlavə rəng qatmaq üçün canfəşanlıq edən aktyorların kim olduğunu ictimaiyyət çox yaxşı bilir.”

Bəyanatın sonunda bildirilir ki, D18 Hərəkatı Əli Kərimlinin sədri olduğu partiyanı AXCP kimi tanıyır.