XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 Noyabr 2015 - 20:09

“Dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var” – İlham Əliyev

“”Bakı prosesi” təşəbbüsünü irəli sürəndə dünyadakı vəziyyət tamamilə fərqli idi. Bu gün etimadsızlığın səviyyəsinin artdığını görürük. Müvafiq tədbirlər görməsək, dini zəmində qarşıdurmaların hamımız üçün daha da böyük problemlərə gətirib çıxaracağını görürük”.

Strateq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev YUNESKO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumundakı çıxışında deyib. Dövlət başçısı bildirib ki, bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var:

“Lakin biz sülh şəraitində yaşaya bilərik və düşünürəm ki, Azərbaycan kimi ölkələrin nümunələri bunu əyani şəkildə göstərir. Bizim ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Hökumətimiz, dövlətimiz nəinki məscidlərin tikintisinə, həmçinin kilsələrin, pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına və inşasına sərmayə yatırır. Qafqaz regionunda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim Şəki şəhərinin yaxınlığında yerləşməsindən fərəhlənirik. Eyni zamanda, 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanın qədim Şamaxı şəhərində yerləşməsindən qürur hissi keçiririk”.

Prezident vurğulayıb ki, Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri dini bayramları eyni masa arxasında qeyd edirlər:

“Buna görə də multikulturalizm bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq bir ideya deyil. Multikulturalizm bizim adət-ənənəmizdir”.