XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2017 - 11:40

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisə tövsiyə olunub


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirdiyi iclasda “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik müzakirə olunub.

 APA-nın məlumatına görə, qanunun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları) maddəsinə əlavə edilən yeni bəndə əsasən əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyənləşdirilir.

 Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyən olunur. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

 Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.