XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2017 - 14:45

Hikmət Hacızadə 4 iyun qiyamı haqqında danışdı:“Əbülfəz Elçibəy gərək Bakını tərk etməyəydi…”

  “1992-93-cü illərdə Rusiya ilə münasibətlər çox vacib idi. Biz gərək Rusiyanı iynələməyəydik. Nazarbayev Rusiya ilə necə davranırdısa, biz də elə davranmalıydıq. Ancaq milli hökumətin Rusiya ilə müsbət davranmasına Azərbaycan cəmiyyəti imkan vermirdi”.

Strateq.az bildirir ki, bu sözləri yeniçağ.az-a müsahibəsində Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə 4 iyun qiyamının səbəbləri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, ictimaiyyət xüsusilə 20 yanvar hadisələrindən sonra Rusiyaya qarşı çox aqressiv ovqatdaydı, Rusiyanı heç bir halda qəbul etmirdi: “Bizim hökumət də Rusiyaya qarşı sərt siyasət yürütdü və başladı Rusiya ilə qoz-qoz oynamağa. Onun da sonu belə oldu. Ancaq görün, Nazarbayev neylədi, az qala hər həftə bəyanat verirdi ki, biz sizi qucaqlayırıq, sizinlə birləşirik, ittifaq yaradırıq və sair. Bu, çox düzgün, düşünülmüş bir siyasət idi. Nə Nazarbayev bir şey itirdi, nə də Qazaxıstan. İstədiyini elədi, paytaxtı da köçürtdülər şimala. Rusiya isə bu siyasətə qarşı heç nə edə bilmirdi, nəsə etməyə əsası qalmırdı”.

Sabiq səfirin sözlərinə görə, əgər milli qüvvələr bir az fərqli davransaydılar, həmçinin xarici demokratik qüvvələr bizə dəstək versəydilər, o hadisələrin yönünü dəyişmək mümkün idi: “O zaman nə Türkiyə, nə də ki Qərb bizim arxamızda durmadı. Ona görə də milli hökumət necə deyərlər, geniş, antidemokratik internasionalla üz-üzə qalmışdı”. Neyləmək olardı?”

H. Hacızadə 4 iyun hadisələri zamanı hakimiyyətin fəaliyyətsizliyi barədə səslənən tənqidlərlə razılaşdığını deyib. Bununla yanaşı o, bir sıra maraqlı məqamlara toxunub: “Dəqiq məlumdur ki, ordu Elçibəyin əmrlərini yerinə yetirmirdi. Yəni prezidentin əmrini Müdafiə Nazirliyi icra etmirdi. Bunu Əbülfəz bəyin özü mənə demişdi. Mən Bakıya qayıdanda ondan soruşdum ki, axı niyə əmr vermədiniz? Dedi ki, əmr verirdim, yerinə yetirmirdilər. Hərbi qüvvələri konkret ərazilərə göndərməklə bağlı əmr verirdim, ancaq icra olunmurdu. Bax, belə bir vəziyyət yaranıbmış. Ordu tamamilə xarici kəşfiyyatın əlində olub”.

H. Hacəzadə sabiq prezident Əülfəz Elçibəyin Bakını tərk etməsi üçün göstərdiyi səbəbi qanedici saymadığını vurğulayıb:”O səbəblər qaneedici deyil. Elçibəy gərək getməyəydi”.