XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 19:28

Ərdoğanın İran səfəri dəqiqləşdi

 Ərdoğanın İran səfəri dəqiqləşdi

Türkiyə prezidenti aprelin 7-də Tehrana gedir, 4 gərgin ildən sonra baş tutan və nüvə razılaşmasındən həmən sonraya təsadüf edən bu səfər münasibətlərdə ciddi dəyişikliklərə səbəb ola bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfərinin vaxtı dəqiqləşib. Türkiyə prezidentnin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki , prezident Ərdoğan İran prezidenti Həsən Ruhaninin dəvəti ilə aprelin 7-də İrana rəsmi səfərə gedəcək. Səfərdə prezidenti bəzi hökumət üzvləri, nazirlər müşayiət edəcək.
Qeyd edək ki, bir qədər əvvəl İran prezidenti Türkiyəyə səfər etsə də, Türkiyə dövlət başçısı 4 ildən sonra ilk dəfədir İrana gedəcək. Səfər zamanı Ərdoğan Tehranda Türkiyə-iran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısına qatılacaq. Bundan başqa Türkiyə prezidenti İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneyi və prezident Həsən Ruhani ilə görüşəcək. Səfər zamanı iki ölkə arasında münasibətlərin bütün istiqamətləri, o cümlədən regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, İran-Türkiyə əlaqələri son olaraq Suriyada daxili müharibə səbəbindən pisləşib. Ankara Tehranı Bəşər Əsəd hökumətini dəstəkləməkdə, əks tərəf isə Ankaranı Suiryada terrorçu qruplara dəstək verməkdə ittiham edir. Son olaraq Ərdoğan ərəb dövlətlərinin Yəmənə hava hücumunu dəstəkləyən açıqlamasında İranı Yəmənə müdaxilədə ittiham edib. “İran və terrorçu qruplar Yəməndən çəkilməlidir” deyən Ərdoğanın fikirləri İranda sərt etirazlara səbəb olub. Bir sıra parlament üzvləri Ərdoğana İrana səfərə gəlməməyi məsləhət görüblər. Ancaq bütün soyuqluqlara rəğmən Türkiyə prezidentinin İran səfəri gərgin olduğu qədər də həlledici ola bilər.
Məsələ burasındadır ki, bölgədə son illərdə gərginlik ən yüksək səviyyəyə çatıb, Suriyada, İraqda terror təhülkəsi dərinləşib. Eyni zamanda hər iki ölkəni narahat edən kürd problemi daha da böyüyüb. Yəməndə yeni savaş cəbhəsi açılıb. Bütün bunların fonunda Qərblə İran arasında uzun sürən gərgin proseslərdən sonra analaşma əldə olunub. Bütün bu gəlişmələrin regionun iki böyük ölkəsi ilə birbaşa əlaqəsi olduğu üçün Ankara və Tehranın narahatlıq doğuran mövzularla bağlı müzakirə aparması qaçılmazdır. Bu mənada Ərdoğanın Tehran səfərinin ciddi siyasi hadisəyə çevriləməsi ehtimalı xeyli dərəcədə yüksəkdir.
musavat.com