XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2015 - 16:33

Həbsdə olan siyasilərdən kimlər buraxılacaq? – Açıqlamalar
Yeni İldə əfv sərəncamının veriləcəyi barədə xəbərlər yayılıb. Sərəncamla bir çox məhbusun, xüsusilə, siyasilərin bir qisminin azad ediləcəyi bildirilir. Artıq əfv istiqamətində hazırlıqlar gedir.
 
Bu barədə Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova ANS-ə açıqlamasında məlumat verib: “Mənim ünvanıma bütün respublikadan ərizələr daxil olur. Yaydan indiyə qədər 50-60 ərizə qəbul etmişəm. Amma Əfv Komissiyasının iclası hələ olmayıb. Əsasən, cinayəti ağır olmayan, cəzasının yarısını çəkənlərin və digər əfv olunması münasib olan məhbusların ərizələri Əfv Komissiyasına göndərilir”.
 
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu da bildirib ki, əfv fərmanı ilə bağlı gözləntiləri var:  “Biz Əfv Komissiyasına 27 nəfərin siyahımızı təqdim etmişik. Hazırlanan siyahıda əsasən məhkəməsi düzgün aparılmayanların və cəzasını yarıya kimi çəkən məhbusların adları var”.
 
İşçi Qrupunun daha bir üzvü Səadət Bənəniyarlı  isə “Yeni Müsavat”a açıqlamasında əfv sərəncamının veriləcəyini təsdiqləyib: “Biz də bunu gözləyirik. Bu istiqamətdə işlər gedir. Sənədlər toplanır və Əfv Komissiyasına təqdim olunur. Xahişlərimizin nə dərəcədə həyata keçməsini gözləyirik. Əvvəlki əfvlərdən fərqlənən bir sərəncam olacağına inanıram. Gözləntilərimiz böyükdür. ümumiyyətlə, bu cür sərəncamların hər biri müsbət qiymətləndirilir. Yüzlərlə insanın yaxınları sevinir. Biz istərdik ki, üzümüzə gələn əfvdə cəmiyyəti maraqlandıran tanınmış məhbusların adları da siyahıda olsun. Tofiq Yaqublu və İlqar Məmmədovun əfv ərizəsi yazmamalarından asılı olmayaraq, biz onlar haqqında müraciət etmişik. çox istərdik ki, onların da adı əfv sərəncamında olsun. Siyasilərin adlarını çəkmək istəmirəm. çünki, unutduğum ad olduqda incimələr olur. Amma biz onların hər birinin azad edilməsi üçün əlimizdən gələni edirik. Müraciətimizin nəticəsini gözləyirik. Hər şey prezidentin qərarından asılıdır”.
 
Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu bu cür xəbərlərin dəfələrlə yayıldığını bildirdi: “Atamın ümumi vəziyyəti ilə bağlı elə bir yenilik yoxdur. Bu cür əfv söhbətləri hər zaman olub. Amma bir nəticəsi də olmayıb. Ona görə də əfv gözləmirik. Əgər belə bir sərəncam veriləcəksə, çox gözəl olar. Təbii ki, əgər olacaqsa…”.
 
REAL sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova belə bir qərar olarsa, müsbət qarşılayacaqlarını söylədi: “Olarsa, təbii ki yaxşı olar. Amma kimin o siyahıda olmasını sərəncam veriləndən sonra biləcəyik”.